"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Natiq Həsənov: “Alqı-satqı zamanı mülkiyyətçilər qarşısında tələb qoyulmalıdır ki....”

--2015-05-22 / 17:06

“əksər hallarda bələdiyyələr ərazilərindəki əmlakın alqı satqısından xəbərsiz olurlar. Kifayət qədər əmlak vergisinin borclu olmasından yeni mülkiyyətçinin demək olar ki xəbəri olmur.” –bunu Belediyye.info-ya açıqlamasaında Bülbülə bələdiyyəsinin sədri Natiq Həsənov deyib. Onun sözlərinə görə, nörmativ hüquqi sənədlərdə düzləşlərin edilərək bələdiyyədən borclu olub olmamsı haqqında  arayışın müvafiq notariusa təqdim edilməsi  göstərilməlidir. Yalnız qanunla belə  tələb qoyularsa alıcı digər sənədləri düzəltdiyi kimi, mənzilin əmlak borcunun ödənilməsini həyata keçirəcək.”

Sədrin sözlərinə görə, yalnız bu  halda bələdiyyə büdcəsinə həm əlavə vəsait daxil olar, həm də mənzillərin  uçotunda dəqiqlik olar.

Belediyye.info

ŞƏRHLƏR